Bakıda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən 14-cü mərtəbəsinə qədər şaxta boyunca 24 p.m kommunikasiya xətləri və 24 ədəd elektrik sayğacı yanıb.

FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, yanğın zamanı liftdə qalan iki nəfər xilas edilib, 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Gununsesi.info