Bakı şəhər Yasamal rayonunda intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, 7-ci Alatavada yerləşən çoxmərtəbəli binanın çardağından asılmış kişi meyiti tapılıb. Araşdırmalar nəticəsində ölən şəxsin 1956-cı il təvəllüdlü Hacıyev Rafiq Hümbətəli oğlu olduğu müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. İnitharın səbəbi araşdırılır.
Gununsesi.info