Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

  • By ilhame
  • 27 Fevral 2024 20:37

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

 

Bu barədə sayta Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin eyvanında 3 m² sahədə ev əşyaları və 1 ədəd plastik qapı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info