Bakıda dəhşət: - Avtomobilin içindən cəsəd çıxarıldı

  • By admin
  • 25 May 2018 14:00

Bakıda dəhşət: Avtomobilin içindən cəsəd çıxarıldı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb.

Gununsesi.info nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış 1 nəfərin meyitini (şəxsiyyəti məlum deyil) nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.