Bakıda dəhşətli ailə faciəsi: - Ata-ana və iki azyalı uşaq diri-diri yandı (FOTOLAR)

  • By admin
  • 29 Noyabr 2016 15:00

 

facie3

Ötən gecə Nizammi rayonunda baş verən yanğın bir ailənin həyatına son qoydu.

Gününsəsi.info xəbər verir ki,hadisə gecə saat 4 radələrində baş verib. Yanğın Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı sovetlər dövründən tikintisi yarımçıq qalan binada  qeydə alınıb. Yanğın baş verən zaman bina sakinləri yatmış vəziyyətdə olduqlarından hadisədən gec xəbər tutublar.

Qonşuların sözlərinə görə alov binada yaşayan Babaşovlar ailəsinin mənzilini bürüyüb. Sözü gedən mənzildə nə qaz xətti nə də qaz balonu olmayıb.Yanğın kəşfiyyatı zamanı 33 yaşlı Seymur Əkbər oğlu Babaşov, həyat yoldaşı 30 yaşlı Cəvahir Əlövsət qızı Babaşova, evladları 11 yaşlı Fərhad və 9 yaşlı Elşadın yanmış meyidləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Binanın zirzəmisinin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Qonşuların sözlərinə görə az yaşlı uşaqlardan biri yanğın zamanı sürünərək çölə çıxmaq üçün cəhd edib. Digər ev sahibləri isə vanna otagından alovdan gizlənməyə çalışıblar.Hadisə zamanı yanan mənzilə bitişik digər evlərdə yarasız vəziyyətə düşüb.

Hal hazırda ekspertlər yanğının baş vermə səbəblərini araşdırır.

facie facie1 facie2 facie4

Gününsəsi.info