Bakıda dəhşətli qətl: ər arvadını əlləri ilə boğaraq öldürdü – YENİLƏNİB - (ÖZƏL (FOTOLAR)

  • By admin
  • 21 İyun 2016 14:02

Boghma

 

Paytaxtda ər arvadını boğaraq qətlə yetirib. Gununsesi.info xəbər verir ki, Suraxanı rayonunda ailə-məişət zəmnində qətl törədilib. Hadisə rayonun Qaraçuxur qəsəbəsi Etibar Bəkiorov küçəsində yerləşən mənzildə baş verib. Qəsəbə sakini  Tural Kazımov həyat yoldaşı 26 yaşlı Maya Kazımovaya ilə mübahisə edib. Daha sonar Tural öz həyat yoldaşına əl qaldırmalı olub. Ağır zərbələr xanımın həyatını xilas etmək mümükün olmayıb.

Qonşuların dediyinə görə, Tural Kazımov törətdiyi cinayət əməlini polisə özü etiraf edib. Maya Kazımovanın meyiti müayinə olunması üçün məhkəmə tibbi ekspertizasına göndərilib. Maya Kazımovanın əmisinin dediyinə görə əri Mayanı boğaraq öldürüb.
Qətlin dəqiq hansı səbəbdən baş verdiyini Mayanın atası Vüqar da bilmir. Ona bildirblər ki, qızı huşunu itirib.

Hadisə yerində prokurorluq və polis əməkdaşları gəliblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

darvaza 6

 

darvaza 1

 

darvaza 4

 

darvaza

 

…  11:43

 

Bakıda ağır qətl hadisəsi baş verib. Gununsesi.info xəbər verir ki, hadisə iyunun 20-də axşam saat 21: 30-radələrində paytaxtın Suraxanı rayonu ərazisində baş verib.

Belə ki, rayonun Qaraçuxur qəsəbəsində yaşayan Tural Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı yaşadığı evdə qısqanclıq zəminində əlləri ilə boğaraq öldürüb.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.