Bakıda dəhşətli qəza: ata və azyaşlı oğlu ölüb - FOTO

  • By admin
  • 28 May 2019 19:34

Paytaxtın Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Gununsesi-nin xəbərinə görə, Ziya Bünyadov prospektində “Mitsibushi Picup” və BMW markalı avtomobillər toqquşub.

Zərbənin gücündən “BMW” işıq dirəklərinə çırpılıb. Qəza nəticəsində BMW-nin sürücüsü, 1981-ci il təvəllüdlü Təvəkkül Nizami oğlu Yusifov və onun oğlu, 2008-ci il təvəllüdlü Nizami Təvəkkül oğlu Yusifov hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.