Bakıda dəstə üzvlərinə üst-üstə 44 il həbs cəzası verilib

  • By admin
  • 21 İyul 2016 17:34

mehkeme

 

Bu gün Bakı Ağır Cinayət Məhkəməsində oğurluqda təqsirləndirilən Vaqif Ağayev, Asəf Əliyev, Elnur Əliyev, Elvin Əliyev və Tural Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Ağayev 8 il, A.Əliyev 9 il 6 ay, Elvin Əliyev 7 il 6 ay, Elnur Əliyev 10 il və T.Əzizov 9 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci ilin iyulun 26-da saat 23:30 radələrində, Nərimanov rayonu ərazisində baş verib. A.Gəraybəyli küçəsində yaşayan 1968-ci il təvəllüdlü Şəhla Əhmədovanın mənzilindən açarseçmə yolu ilə içərisində 40 min manat, 20 min ABŞ dollar və 50 min manat dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlanıb.

Nərimanov Rayon Poolis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmkdə şübhəli bilinən mütəşəkkil dəstə üzvləri – Suraxanı rayon, Hövsan qəsəbə sakini, 1989-cu il təvəllüdlü A.Vaqif, Tərtər rayon sakinləri A.Əliyev və əvvəllər məhkum olunan T.Əzizov, Cəlilabad rayon sakinləri, 1990-cı il təvəllüdlü E.Əliyev və 1991-ci il təvəllüdlü E.Əliyev saxlanılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.

 

Gununsesi.info