Bakıda dəhşətli intihar

  • Müəllif: admin
  • 03 İyun 2017 17:05

1490942957-0743

Bakıda 49 yaşlı kişi intihar edib.

Gununsesi.info-nun Report-a istinadən xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini 1968-ci il təvəllüdlü Azər Abdullayev yaşadığı evdə boyun nayihəsindəki arterial damarını kəsib.

Yaxınları onu xəstəxanaya çatdırsalar da, A.Abdullayev çoxlu qan itirdiyindən dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, intiharın səbəbləri araşdırılır.

 

Gununsesi.info