Bakıda dəhşətli qətl: - QADININ BAŞINA TORBA KEÇİRİB BOĞDULAR - TƏFƏRRÜAT + VİDEO

  • By admin
  • 28 Fevral 2017 17:07

bd4a1f0f1cade96be9d101afd8fa1b57

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qətl hadisəsi qeydə alınıb.

Gununsesi.info ARB TV-yə istinadən xəbər verir ki, 54 yaşlı Anjelika Morozovaya zəng edən yaxınları onun cavab vermədiyini görəndə polisə müraciət ediblər. Evə baxış keçirilən zaman Anjelika Morozovanın başına sellofan torba keçirilmiş vəziyyətdə meyiti tapılıb.

Hadisə yerində istintaq hərəkətləri həyata keçirilib, əl barmaq izləri götürülüb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Tibbi ekspertlər müayinə zaman qadının 3 gün əvvəl boğularaq qətlə yetirildiyini müəyyən ediblər.

Faktla əlaqədar Suraxanı rayon Prokurorluğunda cinayət işi başlanıb. Hadisəni törədən şəxsin və ya şəxslərin tutularaq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat- axtarış tədbirləri həyata keçirilir.

Gununsesi.info