Bakıda DƏHŞƏTLİ QƏZA: Ölənlər var

  • By admin
  • 23 Aprel 2021 09:24

Bakının Suraxanı rayonunda “BMW” və “VAZ” markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan “VAZ” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.