Bakıda dələduzluq edən SMM saxlanıldı

  • Müəllif: Firuzə
  • 14 Aprel 2026 12:23

Bakıda dələduzluq edən sosial media meneceri (SMM) saxlanılıb.

Gununsesi.info oxu.az-a istinadən xəbər verir ki, Nəsimi rayonunda özünü sosial media meneceri kimi təqdim edərək dələduzluq edən 22 yaşlı E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, sosial şəbəkələrdə reklam yerləşdirmək barədə yalan vədlər verərək zərərçəkənlərin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirib. Araşdırmalarla E.Məmmədovun bu üsulla bir neçə nəfəri aldatdığı müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info