Bakıda dənizdə batan şəxsin kimliyi məlum olub – YENİLƏNİB

  • By admin
  • 03 Sentyabr 2017 21:10

bogulma
Xəzərdə batan şəxsin kimliyi məlum olub.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə batdığı bildirilən şəxs – 1990-cı il təvəllüdlü Hacızərova Arzu Nazim qızıdır.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışlar davam etdirilir. Əlavə məlumat veriləcək.

***

15:53

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 1 nəfər dənizdə batıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.

Əlavə məlumat veriləcək.

Gununsesi.info