Bakıda daha bir dəhşətli qəza - Betonqarışdıran maşın aşdı

  • By admin
  • 16 Mart 2022 13:59

Bir neçə dəqiqə əvvəl Bakıda Aeroport şosesi kimi tanınan magistral yolda ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, yolun Suraxanıdan keçən hissəsində yük maşınının minik avtomobilinni üstünə aşdığı bildirilir.

Hadisə yerinə polis əməkdaşları gəlib, xilasetmə tədbirləri görülür.

Qeyd edək ki, ötən gecə Qaradağda yük maşınının mikroavtobusa çırpılması nəticəsində 3 nəfər ölüb, daha 2 şəxs ağır xəsarət alıb.

Gununsesi.info