Bakıda daha bir marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.
Bu barədə Gununsesi.info-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, müntəzəm sərnişindaşıma ilə məşğul olan 92 nömrəli marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib: “Belə ki, Xocəsən-Binəqədi-Biləcəri yolunun bir hissəsinin asfalt örtüyünün yenidən salınması ilə əlaqədar 92 nömrəli marşrut xətti son dayanacaq kimi “Dördyol” adlandırılan ərazidən dönərək əks istiqamətdə hərəkətini davam etdirəcək”.
Gununsesi.info