Bakıda daha bir nəfər spirtli içkidən zəhərləndi

  • By admin
  • 25 Yanvar 2020 10:22

Azərbaycanda daha bir nəfər spirtli içkidən zəhərlənib.

Gununsesi.org Qafqazinfo-ya istinadən  xəbər verir ki, yanvarın 24-ü saat 19 radələrində Qazaxıstan vətəndaşı, 1980-cı il təvəllüdlü Əzimov Şahmalı Anatoliyeviç Xətai rayonunda yerləşən “Beer Point” kafesində bir litr “Tradisii Belarusii” markalı araq içib və zəhərlənərək Toksikologiya Şöbəsinə yerləşdirilib.

Hazırda vəziyyəti ağırdır.

Xətai RPİ-də araşdırma aparılır.

Məlumata görə, Ş.Əzimov Bakı Slavyan Universitetinin yataqxanasında yaşayır.

Gununsesi.org