Bakıda daş karxanasında yanğın baş verdi - Bir nəfər öldü

  • By admin
  • 23 Sentyabr 2019 14:14

Qaradağ rayonunda daş karxanasında ölümlə nəticələnən yanğın olub.

Gununsesi.org xəbər verir ki, gecə saatlarında “Korgöz” daş karxanasında baş verən yanğında Nəzərov Xaləddin Ağa oğlu yanaraq ölüb.

Ehtimala görə, yanğın daş karxanasının istirahət otağında başlayıb. 

Qeyd edək ki, X.Nəzərov karxanada operator işləyib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org