Bakıda qadın küçədə ölüb.
Gununsesi.info xəbər verir ki, hadisə Nizami rayonu 8-ci kilometr qəsəbəsi ərazisindəki avtobus dayanacağında baş verib.
66 yaşlı Şərafət Mustafa qızı Nəbiyeva dayanacaqda avtobus gözləyərkən ölüb.
Onun xəstəlik səbəbilə öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.