Bakıda dönərxana yandı

  • By admin
  • 25 May 2022 11:09

Bakıda obyektdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Nərimanov rayonunda ümumi sahəsi 80 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı birmərtəbəli obyektin (təkər təmiri sexi və dönərxana) yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info