Bakıda DYP-nin cərimə meydançasında yanğın olub - AVTOMOBİLLƏRƏ ZİYAN DƏYİB

  • By admin
  • 05 Avqust 2017 11:20

Nl7ktj4JVdm7

Bakıda Dövlət Yol Polisi İdarəsinə (DYP) məxsus 6 saylı cərimə meydançasında yanğın olub. 

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, meydançada saxlanılan, “Chevrolet” markalı, 10 PK 486 dövlət nömrə nişanlı avtomobil yanıb.

Yanğın nəticəsində həmin avtomobilin yaxınlığında olan “Ford” və “Toyota” markalı maşınlara da ziyan dəyib.

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info