Bakıda ekspress xətlərin fəaliyyəti bərpa olunur

  • By admin
  • 03 İyul 2020 13:55

Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığından iyulun 6-dan M1, M2, M3, M4, M5, M6 və M7 ekspress xətlərinin fəaliyyəti bərpa olunur.

Gununsesi.org bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıbb.

Bildirilib ki, bütün ekspress xətlər üzrə avtobusların iş qrafiki əvvəllər olduğu kimi saat 07:00-dan 20:00-dək müəyyən edilib.

Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır. Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası intervallar sərnişin axınına uyğun tənzimlənəcək.

Gununsesi.org