Xəbər verdiyimiz kimi, Sabunçu rayonunun Balaxanı qəsəbəsində güllələnmə hadisəsi baş verib.
Gununsesi.info BiG.AZ -aistinadən xəbər verir ki, 21 yaşlı Sabir Qədirov sevgilisi Aytən Cəfərovanı və anasını güllələyib. Nəticədə Aytən dünyasını dəyişib, anasının vəziyyəti isə ağırdır.
Hadisə baş verən gün Cəfərovların evinə elçiliyə gəlib. Həri mərasimində qərarlaşdırıblar ki, nişan Ramazan ayından sonra olsun. Ancaq iki gənc arasında yaşanan mübahisə toyu yasa çevirib.