Bakıda elektrik cərəyanı transformatorda gənci vuraraq öldürdü

  • By admin
  • 21 Fevral 2021 20:07
Bakının Xəzər rayonunda 16 yaşlı gənci elektrik cərəyanı vurub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

FHN-in “112” qaynar telefon xəttinə Xəzər rayonunda elektrik yarımstansiyasının ərazisindəkı transformatorda cərəyan vurması nəticəsində ölən 2005-ci il təvəllüdlü Muradov İsmayıl Misirxan oğlunun meyitinin götürülməsi üçün müraciət daxil olub. Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Təhlükəsiz əməliyyat şəraiti təmin olunduqdan sonra xilasedicilər İ.Muradovun meyitini elektrik naqillərindən ayırıb transformatordan aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info