Bakıda etiraz aksiyası keçirilib

Bakıda etiraz aksiyası keçirilib

Qarabağ Azadlıq Təşkilatının üzvləri və bir qrupu siyasi fəal ötən gün ABŞ-ın Bakıdakı səfirliyi qarşısında aksiya keçiriblər.

Gununsesi.info Virtualaz.org istinadla xəbər verir ki, onlar “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyanın ABŞ-a səfəri və təbliğat mərasimi keçirməsinə etirazlarını bildiriblər.

Etirazçılar bildiriblər ki, separatçılığı və işğalçılığı dəstəkləyən ölkənin Azərbaycanda səfirliyinin olması lazım deyil.

Aksiyaçılar tələb ediblər ki, onların hüquqlarını tapdalayan ABŞ səfirliyi bağlasın.

Qeyd edək ki, bir neçə gün öncə Bako Saakyanın ABŞ-a səfərinə etiraz olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı nazirliyə çağırıb.

Azərbaycan XİN-in ABŞ Dövlət Departamentinə ünvanlanan etiraz notası ona təqdim edilib.

Gununsesi.info

COMMENTS