Bakıda ev yandı, 1 nəfər xəsarət aldı

  • By Admin2
  • 21 Mart 2025 14:24

Bakının Sabunçu rayonunda evdə yanğın hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.

Bildirilib ki, hadisə nəticəsində birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info