Bakıda ev yanıb, 1 nəfər xəsarət alıb

  • By admin
  • 26 Mart 2017 15:48

fhn yangin masin

 

Bu gün Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 3 otaqlı evin iki otağın yanar konstruksiyaları və ev əşyaları 35 m2 sahədə yanıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 1 nəfər üz nahiyəsindən yüngül yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

Gununsesi.info