Bakıda evakuator dəhşətli qəza törətdi – ÖLƏN VAR/FOTO

  • By admin
  • 20 May 2021 09:36

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Mərdəkan şosesində 99-JR-282 dövlət nömrə nişanlı “İsuzu” markalı evakuator maşını ilə 99-RN-941 dövlət nömrə nişanlı “Renault” markalı avtomobil toqquşub. Qəza nəticəsində orta yaşlı kişi (şəxsiyyəti araşdırılır – red) hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.