Bakıda evdə partlayış: yaralanan var - VİDEO

  • By Günel
  • 07 Sentyabr 2024 11:22

Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən yaşayış evində partlayış olub, bir nəfər xəsarət alıb.

Gununsesi.info Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 50 m² olan birmərtəbəli ikiotaqlı fərdi yaşayış evində ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

“Hadisə nəticəsində evə ziyan dəyib, 1 nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb”, – məlumatda qeyd olunub.

Gununsesi.info