Bakıda evdə yanğın oldu, 1 nəfər öldü

  • By admin
  • 04 Mart 2017 11:29

yanan-ev

Bakıda yanğın hadisəsi baş verib.

Gununsesi.info-nun Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, martın 3-də saat 08 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan Fuad Mirzəyevin evində yanğın olub.

Nəticədə evin yanar konstruksiyaları yanıb. Yanğın söndürüldükdən sonra ev sahibinin yanmış meyiti mənzildən tapılıb.

Gununsesi.info