Bakıda evdən 12 400 manat oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Paytaxtın Xətai rayonunda evlərin birində talama cinayəti baş verib.
Zərərçəkən polisə müraciət edərək müxtəlif vaxtlarda yaşadığı evdən naməlum şəraitdə 12401 manatının oğurlanmasını bildirib. Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 31 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.













