Bakıda evdən külli miqdarda pul və qızıl oğurlandı

Bakıda mənzilən külli miqdarda pul və qızıl oğurlanıb.

Gununsesi.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 6000 manat pul, 8000 manat dəyərində qızıl-zinət əşyaları və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Babayev saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

HTML tutorial

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Gununsesi.info