Bakıda evdən oğurluq edən qadın saxlanıldı

  • By admin
  • 05 İyun 2018 13:04

Bakıda evdən oğurluq edən qadın saxlanılıb.

Bu məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da rayon ərazisindəki evlərin birindən 120 manat, mobil telefon və şəxsiyyət vəsiqəsi oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Telli Əliyeva saxlanılıb.

Gununsesi.info