Bakıda evdən qızıl-zinət əşyaları oğurlanıb

  • By admin
  • 26 Dekabr 2016 19:00

1431605415

 

Bakıda fərdi yaşayış evindən qızıl-zinət əşyaları oğurlanıb.

Gununsesi.info-nun xəbərinə görə, hadisə Suraxanı rayonu, Yeni Günəşli yaşayış sahəsində nömrəsiz evdə qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər 1986-ci il təvəllüdlü Vüsal Quliyeva məxsus fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaqla içəri daxil olub. Mənzildən 4 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

 

 

Gununsesi.info