Rayonun Hökməli və Qobu qəsəbələrindən polis idarəsinə evlərdən silsilə oğurluqlar edilməsi barədə şikayət ərizəsi daxil olub. Gununsəsi.info-ya verilən məlumata görə, Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən 2 nəfər, Abşeron sakinləri 33 yaşlı Vilayət Xəlilov və 24 yaşlı Səmədağa Muradov yaxalanaraq istintaqa təhvil veriliblər. İstintaq zamanı məlum olub ki, saxlanılan şəxslər evlərdən televizor mətbəxt texnikası, təmiri davam edən mənzillərdən isə kabellər aparıblar. Oğurluq yolu ilə əldə olunan pullar isə narkotik vasitəyə verilib. Saxlanılan şəxslər oğurluğu gecə saatlarında törətdiklərini etiraf ediblər.
Faktla bağlı Abşeron rayon polis idarəsində saxlanılan hər iki şəxs barəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.