
Yasamal rayonu ərazisindəki evlərdən birindən pul oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də rayon ərazisindəki evlərdən birindən 45.500 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ramiz Ağayev və Ziyad Abdullayev tutulublar.
Anar
Gununsesi.info