Bakıda evlərdən oğurluq edilib

  • By admin
  • 15 İyul 2023 20:58

Bakıda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən  verilən xəbərə görə, Suraxanı rayonu ərazisində iki evdən ümumilikdə 3100 manat dəyərində məişət əşyaları oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

Gununsesi.info