Bakıda fəhlə faciəli şəkildə öldü

Martın 11-da saat 12 radələrində 1988-ci il təvəllüdlü Elvin Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Gununsesi.info -ya Binəqədi rayon prokurorluğundan bildirilib.

HTML tutorial

Araşdırma zamanı Elvin Məmmədovun fəhlə kimi işlədiyi “Buta Çərəz” MMC-yə məxsus anbarda iş vaxtı yük avtomobilli ilə soyuducu arasında qalması nəticəsində aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

 

Gununsesi.info