Bakıda fəhlə faciəli şəkildə ölüb

  • By admin
  • 07 Oktyabr 2016 11:39

facie

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Gununsesi.info qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər qaldırıcı səbətin altında qalan 1969-cu il təvəllüdlü Mirzəyev Üzeyir Əmrah oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 09:27-də başa çatıb.

Anar

Gununsesi.info