Bakıda fəhlə tikinti zamanı lift şaxtasına düşərək ölüb

  • By admin
  • 08 Noyabr 2016 22:26

big_1447307061_bakida-namelum-kishi-meyiti-tapilib-cenubnews

 

Bakının Yasamal rayonu ərazisində 59 yaşlı kişi lift şaxtasına düşərək ölüb.

“Report”un xəbərinə görə, rayonun A.M.Şərifzadə küçəsində inşa edilən hündürmərtəbəli binada fəhlə işləyən 1957-ci il təvəllüdlü Beytulla Hümbətov lift şaxtasına yıxılıb.

Zərərçəkən aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Qeyd edək ki, tikinti işlərinin “İlqar-Company” MMC tərəfindən aparıldığı bildirilir.

Gununsesi.info