Bakıda yanğın hadisəsi olub. Gunusesi.info xəbər verir ki, hadisə Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsi 48 ünvanında yaşayan 53 yaşlı Aleksandr Çıplinkovun mənzilində baş verib. Yanğın qısa zamanda fərdi yaşayiş sahəsini bürüyüb. Ev sahibinin sözlərinə görə,hadisə vaxti o küçədə olub. Tüstülənməni gördükdə geri qayıdan ev sakini, artıq işin işdən keçdiyini görüb. Tüfeyli həyat tərzi keçirən Aleksandrın ailəsi isə, hadisə vaxtı evdə olmayıb.
Suraxanı rayon yanğından mühafizə hissəninin əməkdaşlari alovun qarşısını ala biliblər. Yanğının qonşu evlərə keçməsinin qarşısı alınsa da, ev sahibinin mənzilinin düşdüyü vəziyyət oranı yaşamaq üçün yararsız edib.
Gunusesi.info