
Bu gün Xəzər dənizinin Suraxanı rayonuna düşən sahilində – Hövsandakı çimərlikdə batan gənclərdən birinin meyiti tapılıb. Lent.az-ın əldə etdiyi məlumata görə, bədbəxt hadisə nəticəsində vəfat etmiş 20-22 yaşlı oğlanın meyiti bu dəqiqələrdə sudan çıxarılıb. Hazırda həmin oğlanla birgə dənizdə batan gənc qadının meyiti axtarılır.
Qeyd edək ki, paytaxtda hava şəraiti nisbətən küləkli keçdiyindən dənizdə dalğalar var və bu, axtarış tədbirlərinə mənfi təsir edir. Gənclərin də dalğaların təsiri nəticəsində suyun dərin hissəsinə gedərək boğulduğu ehtimal edilir.
*****
16:12
Bu gün Xəzər dənizində 2 nəfər batıb.
Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin KGN və SXDX-nın dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıb.
Əlavə məlumat veriləcək.
Gununsesi.info