Bakıda faciə - Şair avtobusun altında qalaraq ölüb (FOTO)

  • By admin
  • 19 Aprel 2018 13:02
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 
Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, Mehdiabad qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Aydın Kərimov idarə etdiyi “İsuzu” markalı, 01 BU 984 dövlət qeydiyyat nişanlı marşrut avtobusu ilə Şəki rayon sakini, 1975-ci il təvəllüdlü Araz Səmədi vurub.
Ağır xəsarət alan A.Səmədin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A.Səməd şairdir.
Gununsesi.info