Bakıda faciəvi şəkildə ölən tələbənin - FOTOSU

  • By admin
  • 24 İyul 2017 20:55

genc-1jpg

Xəbər verdiyimiz kimi, Bakıdakı çimərliklərdən birində ölüm hadisəsi baş verib.

Gununsesi.info-nun “Lent.az”a istinadən verdiyi məlumata görə, bazar günü saat 19 radələrində Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisindəki çimərlikdə 1997-ci il təvəllüdlü Əkbərov Orxan Füzuli oğlu suda batıb. Ona tibbi yardım göstərilsə də, artıq gec olub və 20 yaşlı oğlan keçinib.

Məlum olub ki, Orxan Əkbərov Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi imiş. Dostları onun fotoşəkillərini sosial şəbəkədə paylaşıblar.

Gununsesi.info