Bakıda “Formula 2” yarışının qalibi bəlli oldu

  • By admin
  • 12 İyun 2022 12:51

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, “Prema Racing”dən Dennis Hauger 29 dövrənin yekununda bütün rəqiblərini qabaqlayaraq qalib olub.

Yarışı “Carlin”dən Logan Sargeant ikinci, “MP Motorsport”dan Felipe Druqoviç üçüncü yeri tutub. Ümumilikdə 6 pilot yarışı sonadək davam etdirə bilməyib.

Gununsesi.info