Bakıda gənc oğlan boğazından bıçaqlanıb

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

HTML tutorial

Belə ki, 30 yaşlı Fikrət Səfərov naməlum şəraitdə tanımadığı şəxs tərəfindən bıçaqlanıb. O, boğazının kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Gununsesi.info