Bakıda gənc oğlan özünü altıncı mərtəbədən atdı

  • By Günel
  • 15 Oktyabr 2024 23:25

Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə N.Tusi küçəsi 43 ünvanında qeydə alınıb.

1997-ci il təvəllüdlü İsmayılov Emil İslam oğlu binanın 6-cı mərtəbəsinə çıxaraq özünü atıb.

O, aqonal vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Gununsesi.info