Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb

  • By admin
  • 13 Aprel 2018 09:02

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, Gülçülük sovxozu küçəsində 1992-ci il təvəllüdlü Məmmədov Bəhruz İslam oğlu tanışı ilə mübahisə zəminində dava edib.

Nəticədə B.Məmmədovun ürək nahiyəsinə bir bıçaq zərbəsi vurulub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları araşdırma aparır.

Gununsesi.info