Bakıda gənc qız dəm qazından zəhərləndi

Bakıda zəhərlənmə hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

HTML tutorial

Xocasən qəsəbəsində yerləşən Matadrom yaşayış massivində, 2004-cü il təvəllüdlü Əliyeva Mədinə Səbuhi qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info