

Bakıda gənc qız intihara cəhd edib.
Gununsesi.info azxeber.com-a istinadən xəbər verir ki, Məhəmmədi qəsəbəsi, Göy Qurşağı MTK-da yerləşən hündürmərtəbəli binada gənc qız intihara cəhd edib. İntihara səbəb isə ailə münaqişəsi zəminində baş verib. Belə ki, gənc qız həyatından bezdiyini deyərək binanın 15-ci mərtəbəsinə qalxaraq intihar etmək istəyib. Ətrafdakılar və binanın mühafizə xidmətinin səyi nəticəsində qızı bu fikrindən daşındırmaq olub.
Həmin videogörüntünü təqdim edirik:
https://www.youtube.com/watch?v=oc5pDr2iEQA
Gununsesi.info