Bakıda gənc oğlanı avtomobil vurdu

  • By admin
  • 10 Aprel 2021 23:12

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info  hadisə Nizami rayonunda qeydə alınıb.

“Qara Qarayev” metrostansiyasının yaxınlığında yolu keçən 2003-cü il təvəllüdlü Sultanov Vidadi Rəşad oğlunu minik avtomobili vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info